Dünya

ABŞ Yapon dənizinə təyyarədaşıyan atom gəmisini göndərir

Sharing is caring!

ABŞ Yapon dənizinə təyyarədaşıyan atom gəmisini göndərmək qərarına gəlib.

Pentaqon “Ronald Reyqan” gəmisini yenidən Yaponiya dənizində yerləşdirəcək. Bu, Vaşinqtonun Şimali Koreyadan raket buraxılışlarına cavabı olacaq.

Bildirilir ki, bu addım Pxenyana ABŞ və Cənubi Koreyanın birliyini nümayiş etdirəcək. ABŞ və Cənubi Koreya bununla Koreya Xalq Demokratik Respublikasının “təxribat”larına cavab verməyə hazır olduqlarını göstərəcək.

Gəminin təyyarədaşıyan qrupu onlarla təyyarə və helikopterdən ibarətdir. 

Mənbə: Life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir