Dünya

Rusiyalı filosof məktub yazıb intihar etdi

Sharing is caring!

Rusiyanın Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun keçmiş rektoru, tanınmış pedaqoq və filosof Aleksandr Novikov intihar edib.

Ailə üzvləri onun meyitini evə qayıdan zaman binanın pilləkənlərində tapıblar.

A.Novikov intiharından əvvəl məktub da yazıb:

“Fiziologiya, psixika və kommunikasiya sahələrindəki bütün amillərə dözmək mümkün deyil. Bu gün və gələcək həyatınızda sizə hər şeyin ən yaxşısını arzulayıram. Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu qarşısında baş əyirəm”.  

Qeyd olunur ki, 86 yaşı olan Aleksandr Novikov 1987-2007-ci illərdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna rəhbərlik edib.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir