Dünya

Avropol böyük Belçika narkodəstəsini zərərsizləşdirib

Sharing is caring!

Avropol, beynəlxalq polis və Fransa Jandarmı tərəfindən beynəlxalq narkotik ticarətində iştirakda şübhəli bilinən 20 nəfər saxlanılıb.

Məlumata görə, dəstə epilepsiya əleyhinə dərman əldə etmək üzrə ixtisaslaşıb. Avropolun məlumatına görə, cinayətkar qrup Fransa, Belçika və Niderlandda narkotik vasitələrin ticarəti ilə məşğul olub.

Fransa, Avstriya, Belçika, Almaniya, İtaliya, Lüksemburq, Niderland və İsveçrədən olan hüquq-mühafizə orqanlarının əməkdaşları Avropada 7 evdə axtarış aparıblar.

Məlumata görə, 2020-ci ilin noyabr ayından etibarən mütəşəkkil qrup bazara qeyri-qanuni yolla əldə etdiyi dərmanları tədarük edib. Fransadan saxta və oğurlanmış həkim reseptləri təqdim etməklə cinayətkar qrup əsasən Fransanın Rona-Alp bölgəsindəki apteklərdən dərman toplayıb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir