Dünya manset

SON DƏQİQƏ: güclü zəlzələ BAŞ VERDİ

İndoneziya yeraltı təkanlarla silkələnib.

XəbərAl.az xəbər verir ki, Maluku əyalətində 6,8 bal gücündə zəlzələ olub.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumu zəlzələnin episentrinin 10 km dərinlikdə olduğunu açıqlayıb.

Hadisədən sonra sunami xəbərdarlığı verilməyib. Tələfatla bağlı məlumat yoxdur.

Qeyd edək ki, Maluku əyalətində 14 iyulda baş verən 7,3 bal gücündə zəlzələ zamanı 6 nəfər ölmüşdü.