Dünya

Rusiyanın ölkədən çıxardığı yapon diplomat yoxa çıxıb?

Sharing is caring!

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Vladivostokdan qovulan konsul Motoki Tatsunorinin sentyabrın 28-də Rusiyanı tərk etdiyini, lakin hələ də ölkəyə gəlmədiyini bildirib.

“Diplomat Rusiyanı ayın 28-də tərk edib, lakin hələ Yaponiyaya gəlməyib. Vəziyyətin mahiyyətinə görə təfərrüat verməyəcəm”, – deyə nazir bildirib.

Xatırladaq ki, sentyabrın 26-da Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Tatsunori məxfi məlumat topladığı iddiası ilə “persona non-qrata” elan edilib və 48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir