Dünya

Borrell: “Ukrayna Rusiyanın hesabına bərpa olunmalıdır”

Sharing is caring!

Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

“Ən vacibi Ukraynanı necə bərpa etmək barədə düşünməkdir və şübhəsiz ki, Rusiya bunun qarşılığını ödəməlidir”, – o, İspaniyanın La Toja Forumunda çıxışı zamanı deyib.

Borrelin fikrincə, “Avropada təhlükəsizlik strukturunu” yenidən qurmaq lazımdır, lakin bunun üçün “müharibəyə son qoymaq vacibdir”.

Borrell həmçinin hesab edir ki, Ukrayna münaqişəsi bitdikdən sonra Rusiya hakimiyyəti ilə danışıqlar masasına oturmaq “çox çətin” olacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir