Dünya manset

Nazir Trampın çıxışı zamanı yuxuya getdi

Sharing is caring!

ABŞ-ın ticarət naziri Vilbur Ross Prezident Donald Trampın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı zamanı yuxuya gedib.

XəbərAl.az xəbərinə görə, bu barədə “CNBC” məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə nazir gözlərini yumub, bir müddətdən sonra başını aşağı salaraq Trampın çıxışı zamanı 15 dəqiqə yatıb. Daha sonra Ross gözlərini açıb və Trampın çıxışını dinləməyə davam edib.

Nazir isə eşitmə cihazı taxdığı üçün gözlərini yumduğunu və çıxışa fikrini cəmlədiyini bildirib. O, həmçinin Amerika liderinin çıxışından sonra müxtəlif ölkə rəhbərləri ilə ikitərəfli görüşlərdə iştirak etdiyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir