Dünya

Tehran Parisə qəzəbləndi: Fransanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Sharing is caring!

İran hakimiyyəti Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Ona Fransa hökumətinin İslam Respublikasına qarşı tənqidləri ilə bağlı etiraz bildirilib.

Buna səbəb 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı kütləvi etirazlar olub.

Bildirilir ki, rəsmi Tehran Fransa Xarici İşlər Nazirliyinin müdaxilə tipli bəyanatına və üç fransız diplomatın Parisdəki etirazlarda iştirakına qəzəblənib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir