Dünya

İran Özbəkistanın “Şimal-Cənub” dəhlizindən istifadəsini təmin etməyə hazırdır

Sharing is caring!

İran Özbəkistana Bəndər Abbas və Çobahar limanları vasitəsilə dənizə rahat çıxışı təmin etməyə hazırdır.

Bunu çərşənbə günü İran prezidenti İbrahim Rəisi bildirib.

“Ölkəmizin avtomobil, dəmir və dəniz yolları şəbəkəsi, xüsusilə Bəndər Abbas və Çobahar limanları özbək sahibkarları tərəfindən Özbəkistandan və digər dövlətlərdən yüklərin daşınması üçün istifadə edilə bilər”, – deyə dövlət başçısı bəyan edib.

Rəisi əlavə edib ki, ölkəsi Özbəkistanı Çobahar sazişinə daxil etməyə və “Şimal-Cənub” dəhlizindən istifadəsini təmin etməyə hazırdır. Onun sözlərinə görə, İran tərəfi bu məsələdə maraqlıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir