Dünya

Tramp: “Ukraynadakı hadisələr Tayvanda da təkrarlana bilər”

Sharing is caring!

“Dünya bəlkə də tarixin ən təhlükəli dövrünü yaşayır”.

Bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp WABC radiostansiyasının efirində deyib.

“Ukraynada baş verən bütün dəhşətli hadisələr Çində, Tayvanda da təkrarlana bilər”, – deyə o qeyd edib.

“Ukraynada bu hadisələr heç vaxt baş verməməli idi. İndi də nüvə silahları müzakirə olunur. Bunlar ən təhlükəli şeylərdir”, – deyə Tramp əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir