Dünya

KİV: Rusiyadakı səfərbərliyə görə Azərbaycana özəl jetlə uçuşlar bahalaşıb

Sharing is caring!

Rusiya Federasiyasında qismən səfərbərlik elan ediləndən sonra varlı rusiyalılar hakimiyyət orqanlarının səfərbərlik yaşında olan kişilər üçün sərhədləri bağlamağı planlaşdırdığı xəbərləri fonunda ölkədən çıxış yolu axtarırlar.

Onların başqa ölkələrə üz tutması öz növbəsində özəl jetlərə tələbatın artması və uçuşların qiymətinin qalxması ilə nəticələnib.

Rusiyalılar əsasən Azərbaycan, Türkiyə və Ermənistana üz tuturlar. Şəxsi təyyarələrdəki hər oturacağa görə qiymət 22-27 min avro civarında dəyişir. Səkkiz nəfərlik biznes təyyarələrinin icarə qiymətləri isə 80-140 min avro arasında dəyişir ki, bu da adi hallardakı qiymətlərdən dəfələrlə bahadır.

“Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov qeyd edib ki, əvvəllər gündəlik 50 sifariş alırdılarsa, indi bu rəqəm 5 000 civarındadır.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir