Dünya

ABŞ Rusiyada hərbi xidmətdən yayınanların bütün müraciətlərinə fərdi qaydada baxacaq

Sharing is caring!

ABŞ hakimiyyət orqanlarının nümayəndələri qismən səfərbərliklə əlaqədar Rusiya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə fərdi qaydada baxacaqlar.

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer sentyabrın 26-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Belə şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq. Biz bu məsələdəki rolumuzu belə görürük”, – deyə o, jurnalistlərin sualını cavablandırıb.

Xatırladaq ki, Rusiyada qismən səfərbərliyin tətbiqi haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-də imzalayıb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir