Dünya

Vyetnamlı qadın 40 ildir yalnız maye ilə qıdalanır

Sharing is caring!

Vyetnamlı qadın təxminən 40 il əvvəl yeməkdən imtina etdiyini və o vaxtdan bəri yalnız bir az duz, şəkər və limon suyu qarşığı maye ilə qidalandığını bildirib.

63 yaşlı qadın pəhrizinin yaşına görə əla formada olmağa imkan verdiyini, üstəlik, səhhətindəki şikayətləri də unutduğunu bildirib.

Onun fikrincə, su həyatın əsasıdır, insanın bitkilər kimi ona ehtiyacı var.

21 yaşına qədər xanım hamı kimi yemək yeyib. Lakin həmin zaman onda qan xəstəliyi aşkar edilib. O vaxtkı tələbə qız tezliklə öləcəyini düşünərək dərman qəbul etməkdən imtina edib.

Bir həkim ona yeməkdən imtina edərək yalnız su içməyi məsləhət görüb. Qadının ailəsi onun aclıqdan öləcəyinə inanaraq bu cür pəhrizin əleyhinə olub.

Ancaq illər sonra vyetnamlı bu üsulun effektli olduğunu hər kəsə sübut edib. İndi o, özü təbibliklə məşğul olur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir