Dünya

Moldova prezidenti Rusiya tərəfində vuruşacaq moldovalıları vətəndaşlıqdan çıxarmaqla hədələdi

Sharing is caring!

Moldova Prezidenti Maya Sandu tanınmamış Dnestryanı bölgədən Rusiya ordusuna hərbi qulluqçuların cəlb olunması təhlükəsinin olduğunu açıqlayıb.

O, Rusiya tərəfində vuruşacaq moldovalıların vətəndaşlıqdan məhrum edilməsi ilə hədələyib.

“Moldova Respublikasının şərq rayonlarında Moldova vətəndaşlarının səfərbər olunması riski var. Bu cür hərəkətlərin qarşısını almaq üçün biz Rusiya vətəndaşlığına malik olan şəxslərin Moldova vətəndaşlığından çıxarılması imkanlarını təhlil edirik. Bu, Rusiya tərəfində vuruşmaq istəyən vətəndaşlara şamil olunur. Həmçinin muzdlu olmaq istəyən Moldova vətəndaşları üçün cəzaların sərtləşdirilməsi imkanlarını da öyrənirik”, – deyə prezident Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.

Kişinyov Rusiya Federasiyasından Moldova vətəndaşlarını orduya cəlb etməməyi xahiş edəcək.

“Mən Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyindən xahiş etdim ki, Rusiyada rezident olan Moldova vətəndaşlarının səfərbərliyə cəlb edilməməsi üçün ikitərəfli məsləhətləşmələrə başlanılsın. Nazirlik həmçinin Rusiyadan vətəninə qayıtmaq istəyən Moldova vətəndaşlarına da dəstək verəcək. Səfirlik artıq artan tələbatı ödəmək üçün işlər aparır”, – deyə Sandu qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir