Dünya

Ukrayna Silahlı Qüvvələri İran PUA-larının zəif tərəflərini açıqladı

Sharing is caring!

“İranın PUA-ları Rusiya tərəfindən irəliləyişə çevrilə biləcək bir silah – bir növ supernailiyyət və ya “vundervaffe” kimi qəbul edilir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy bildirib.

Onun sözlərinə görə, İran PUA-larının döyüş keyfiyyətləri olduqca aşağı səviyyədədir:

“İranlılar öz PUA-larını SEPAH-ın vura bildiyi və ya əldə edə bildiyi ABŞ və İsrail PUA-larını öyrəndikdən sonra yaradıblar. Hər halda replika yaxşı alınmayıb”.

PUA-ların çatışmazlıqlarından danışan Çerevatıy qeyd edib ki, o, çox səs-küylüdür və bir neçə kilometrdən səsi eşidilən mühərriki ilə uzaqdan müəyyən edilir.

Onun sözlərinə görə, hazırda hava hücumundan müdafiə sistemi İran PUA-larına qarşı mübarizə metodu üzərində işləyir və bu təhlükə aşkar olunan kimi tezliklə məhv ediləcək.

Mənbə: Gazeta.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir