Dünya manset

Şoyqu ABŞ bazalarının sayını açıqladı

Sharing is caring!

ABŞ-ın bütün dünyada 170 hərbi bazası var, buna baxmayaraq, Rusiya ABŞ-a effektli şəkildə müqavimət göstərə bilər.

XəbərAl.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu danışıb.

“Rusiya artıq effektli şəkildə ABŞ-a qarşı dayanır. Biz elmimiz, sənayemiz, yeni ixtiralarımız sayəsində müqavimət göstəririk. Bundan əlavə biz onlarla bütün cəbhələrdə rəqabət aparmağa çalışmırıq. Əgər siz ABŞ-ın hərbi büdcəsinə nəzər salsanız belə bir anlayışa sahib olarsınız: müxtəlif tip bazalara böyük pullar sərf olunur. Belə bazaların sayı 170-dir”, – Şoyqu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir