Dünya

Moskvada ölkəsinin səfirliyi yaxınlığında aksiya keçirən iranlılar saxlanılıblar

Sharing is caring!

Moskvada (Rusiya) İran səfirliyi yaxınlığında aksiya keçirən səkkiz iranlı saxlanılıb.

Onlar İranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı artıq bir həftəyə yaxındır nümayiş keçirən həmvətənlərinə dəstək məqsədi ilə etiraz aksiyasına çıxıblar.

Saxlanılanlar 19-48 yaş arası İran vətəndaşları olublar. Onların hamısına mitinq qaydalarının pozulması maddəsi ilə protokollar tərtib edilib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir