Dünya

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məxfilikdən çıxır: “Müəmmaları açmaq vacibdir”

Sharing is caring!

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi “The Langley Files” adlı podkastını işə salıb.

Podkastın ilk buraxılışının qonağı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns olub.

“Siz doğru deyirsiniz, kəşfiyyat orqanları sirləri toplamalı, saxlamalı, açıqlamamalıdır. Biz adətən kölgədə işləyirik, uğurlarımız sirlə örtülür, uğursuzluqlarımız isə ağrılı şəkildə görünür… Bununla belə, mən əminəm… Qurumlara inamın az olduğu demokratiyamızda kim olduğumuzu mümkün qədər izah etməyə çalışmaq, bir az müəmmaları açmaq vacibdir”, – Uilyam Berns bildirib.

Berns casus filmlərini çox sevdiyini deyib, lakin etiraf edib ki, əslində, kəşfiyyat xidmətlərinin işi filmlərdə göstərilənlərdən çox fərqlidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir