Dünya

Tramp qaraj kirayəsini qızıl külçələrlə alıb

Sharing is caring!

Donald Tramp ABŞ prezidenti olmamışdan əvvəl Manhettenin mərkəzində yerləşən “General Motors” binasındakı qarajdan istifadə etmək üçün kirayə haqqını bir qutu qızıl külçə ilə alıb.

Bu barədə “The New York Times” qəzetinin müxbiri Meqqi Habermanın bu yaxınlarda işıq üzü görəcək əsərində məlumat verilib.

Məlumata görə, tikinti maqnatı, böyük hotellər və kazinolar şəbəkəsinin sahibi olan Tramp “General Motors” binasını 1998-ci ildə satın alıb.

“Bəzən o, təəccüblü iş üsullarına əl atırdı, kirayə haqqının bir hissəsini nağd almağa razılıq verirdi. İcarəyə götürənlərdən biri isə ona pul əvəzinə bir qutu qızıl külçə göndərirdi. Tramp onlarla nə edəcəyini bilmirdi. İş adamı mühafizəçisindən külçələri “Trump Tower” göydələnindəki mənzilinə aparmağı xahiş etmişdi.  Qızılların sonrakı taleyi məlum deyil”, – deyə kitabda qeyd olunub.

Habermanın “Etibarlı adam: Donald Trampın yaradılması və Amerikanın məhvi” adlı kitabının oktyabrın 4-də satışa çıxacağı gözlənilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.