Dünya

Qazaxıstanda KTMT-nin hərbi təlimləri keçiriləcək

Sharing is caring!

Qazaxıstanın cənub və cənub-şərqində, Cambil və Almatı vilayətlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv çevik reaksiya qüvvələrinin (CRRF) “Qarşılıqlı fəaliyyət-2022”, “Axtarış-2022” və “Eşelon-2022” təlimləri keçiriləcək.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hərbi manevrlər sentyabrın 26-dan oktyabrın 8-dək baş tutacaq. “Hərbi kontingentlərin təlimləri zamanı komendantlıq, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələləri işlənəcək”, – nazirlikdən bildirilib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.