Dünya manset

Kərbəlada QƏTLİAM – Şəhərə giriş-çıxış bağlandı (YENİLƏNDİ)

Sharing is caring!

İraqın Kərbəla şəhərində avtobusun partlaması nəticəsində ən azı 17 nəfər həlak olub.

XəbərAl.az xəbər verir ki, bu barədə “Əl-Suməriyə” telekanalı İraq DİN-ə istinadən məlumat verir.

Hüquq mühafizə orqanları terrorçunu saxlaya bilib. Kərbəla şəhərinə giriş və çıxışlar bağlanıb.

***

02:22

İraqın Kərbəla şəhərində avtobusun partlaması nəticəsində azı 12 nəfər ölüb.

XəbərAl.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətinə istinadən “Röyters” agentliyi bildirib.

Daha əvvəl “PressTV” 9 nəfərin öldüyünü bildirib.

Partlayış nəticəsində, həmçinin bir neçə nəfər xəsarət alıb. Regiondakı qruplaşmalardan heç biri hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir