Dünya

“Çelsi” kommersiya direktorunu işdən çıxardı: Seksual zorakılığa görə

Sharing is caring!

Londonun “Çelsi” klubu kommersiya direktoru Demyen Uilloubini istefaya göndərib.

Buna səbəb onun maliyyə agenti Katalina Kimə qarşı seksual zorakılıq hərəkətləri olub.

Uilloubi Kimə açıq videolar göndərib və intim suallar verib.

“Mesajlar onun klubda işə başlamasından əvvəl göndərilib. Lakin buna baxmayaraq, bu davranış yeni rəhbərliyin yaratdığı iş mühiti və korporativ mədəniyyətə qəti şəkildə uyğun gəlmir”, – deyə İngiltərə klubunun rəsmi açıqlamasında deyilir.

İnvestorlar adından “Çelsi” ilə danışıqlar aparan Katalina Uillobi müzakirəyə qoşulduqdan sonra klubla əlaqəni kəsib.

O, məsələ ilə bağlı klubun biznesin inkişafı üzrə direktoru Tom Qlikə məlumat verib, həmçinin  sübutlar təqdim edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir