Dünya

KTMT missiyası Ermənistan və Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb

Sharing is caring!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.

Bu barədə bazar ertəsi KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün Ermənistan Müdafiə Nazirliyində KTMT-nin ölkədəki missiyasının qabaqcıl qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov təkliflərlə bağlı nazir Suren Papikyana məlumat verib.

Vurğulanıb ki, işlənib hazırlanmış təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.

Məlumata görə, Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qabaqcıl qrupu Moskvaya yola düşüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir