Dünya

Türkiyədə yol vermək üstündə sərnişin avtobusunu atəşə tutdular – VİDEO

Sharing is caring!

Türkiyənin Düzce şəhərində sərnişin avtobusu atəşə tutulub.

Səbəb isə avtobus sürücüsünün motosiklet sürücüsünə yol verməməsi olub.

Hadisə başqa bir avtobusun kamerasına düşüb.

Görüntülərdən bəlli olur ki, motosikletdən avtobusa tapança tuşlanır. Atəş səsini eşidən sərnişinlər təlaşla polisə xəbər verməyə çalışırlar.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir