Dünya manset

Rusiya və NATO təyyarələri havaya qalxdı – AVROPADA GƏRGİNLİK

Sharing is caring!

Rusiya Hərbi Hava Qüvvələrinin Tu-160 tipli kəşfiyyat təyyarələri Baltik dənizi üzərində uçuşlar həyata keçirib.

XəbərAl.az xəbər verir ki, Belçika, Danimarka və Polşanın F-16 qırıcıları rus təyyarələrini 7 saat ərzində müşayiət və müşahidə edib.

Daha sonra Finlandiyanın F-18 tipli təyyarələri də Rusiya təyyarələrini izləmək üçün havaya qalxıb. Ardınca İsveçin JAS-39 Gripen təyyarəsi axına qoşulub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, NATO təyyarələri ilə rus qırıcıları arasında hər hansı insident baş verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir