Dünya

Kraliça ilə uzun vida mərasimi başlayır: 30 saat növbə gözləyənlər var – FOTO/VİDEO

Sharing is caring!

Böyük Britaniya parlamentinin binasında bu gün kraliça II Elizabet ilə çoxgünlük vida mərasimi başlayacaq.

Bu günlərdə Vestminster Sarayının girişi 24 saat açıqdır. Ölkəni 70 ildən çox idarə etmiş kraliçaya şəxsən ehtiramını bildirmək istəyən hər kəs saraya girə bilər.

Britaniya mediasının məlumatına görə, artıq parlamentin binasına girmək üçün hətta 30 saat növbə gözləyənlər var.

Bəzi insanların artıq sentyabrın 12-dən parlamentin yanında yer tutmağa başlaması böyük ajiotaj yarandığının göstəricisidir.

Mənbə: TASS “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir