Dünya

Pakistanlı ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarını pisləməlidir”

Sharing is caring!

“Beynəlxalq ictimaiyyətin və təşkilatların Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatları pisləyəcəyini gözləyirik”.

Bunu “Report”a Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçisi və direktoru Kayser Nəvab bildirib.

“Biz pakistanlılar Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı dərin kədər hissi keçiririk və son hadisələri böyük narahatlıqla izləyirik”, – o bildirib.

K.Nəvab Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək, bu təxribatları tez bir zamanda dayandıracağına və əldə olunmuş razılaşmalara uyğun hərəkət edəcəyinə ümidvar olduğunu bildirib.

“Biz təxribatların daha çox insan həyatına son qoymaması üçün beynəlxalq ictimaiyyətin və təşkilatların bu hadisəni pisləməsini gözləyirik”, – o deyib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün Ermənistan tərəfi əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutmaqda davam edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir