Dünya

Xəstəxanadan kəsilmiş ayağını götürməyən ispaniyalını cərimə gözləyir

Sharing is caring!

İspaniyada xəstəxanadan amputasiya edilmiş ayağını götürməyən yerli sakini 1500 dollar həcmində cərimə gözləyir.

Belə ki, tibb müəssisəsi adı açıqlanmayan xəstədən on gün ərzində amputasiya edilmiş ayağını götürməyi və ya onun xaric edilməsi üçün ödəniş etməyi tələb edib.

Klinikadan verilən məlumata görə, həkimlər bir neçə ay ərzində xəstə ilə əlaqə saxlamağa çalışsalar da, o, telefonu götürməyib.

Xəstəxananın nümayəndələri əlavə ediblər ki, vəziyyət belə davam edərsə, artıq bu məsələ ilə səlahiyyətli orqanlar məşğul olacaq.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir