Dünya

Latviya parlamentinin deputatı: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”

Sharing is caring!

Ermənistan öz silahlı birləşmələrini mütləq Azərbaycan ərazisindən çıxarmalıdır.

Bunu “Report”a açıqlamasında Latviya parlamentinin deputatı, bu ölkənin ətraf mühitin mühafizəsi və regional inkişaf üzrə sabiq naziri Roman Naudinş deyib.

Onun sözlərinə görə, bir çox beynəlxalq təşkilatların qeyd etdiyi kimi, tərəflər əldə olunmuş atəşkəs razılaşmalarına əməl etməlidirlər, lakin ilk növbədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməli, xüsusən də bütün silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmalıdır.

“Bu regionda sabitlik və sülh Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin edilə bilər”, – deyə Roman Naudinş vurğulayıb.

Latviyalı sabiq nazir fikrinin sonunda əlavə edib ki, Azərbaycan öz ərazisinin və əhalisinin təhlükəsizliyini qoruyur.

Xatırladaq ki, sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir