Dünya

“Nant”ın futbolçusu “Qarabağ”a qarşı oynayacağı üçün sevinir

Sharing is caring!

“Bütün komandalar kimi hədəfimiz mümkün qədər çox xal toplamaq və qrupdan çıxmaqdır”.

“Report”un məlumatına görə, bunu Fransanın “Nant” klubunun futbolçusu Evan Gessan evdə Yunanıstan “Olimpiakos”una 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun I tur oyunu barədə danışarkən deyib.

21 yaşlı hücumçu üç gündən bir meydana çıxmağın yorucu olduğunu bildirib: “Amma istədiyimiz məhz budur. Mənim xoşum gəlir. Böyük turnirlərdə bu anları yaşamaqdan məmnunam”.

Liqa 1 təmsilçisi qrupdakı növbəti oyununu Bakıda “Qarabağ”a qarşı keçirəcək. Fransalı forvard Azərbaycana səfər edəcəkləri üçün sevincli olduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir