Dünya

Bermud adalarına təhlükəli “böyük qasırğa” yaxınlaşır – FOTO

Sharing is caring!

ABŞ-da Bermud adalarına “Earl” qasırğası yaxınlaşır.

Bildirildiyinə görə, ABŞ-ın şərq sahillərinə doğru hərəkət edən qasırğa “həyat üçün təhlükəli” ola bilər.

2022-ci il Atlantik qasırğası mövsümündə ikinci olan “Earl” qasırğasının güclənməyə davam edəcəyi deyilir. 111-129 mil/saat sürətinə çatacağı və dağıdıcı 3-cü kateqoriya üzrə “böyük qasırğa”ya çevriləcəyi vurğulanır.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) “Earl” mərkəzinin Bermudun cənub-şərqindən keçəcəyini proqnozlaşdırır.

““Earl”ın yaratdığı dalğalar Bermud adaları yaxınlığında formalaşır və ABŞ-ın şərq sahillərinə çatacaq. Bu dalğaların həftə sonu həyati təhlükəsi ola biləcəyi ehtimal edilir”, – deyə mərkəzin məlumatında qeyd edilib.

Mənbə: News.sky.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir