Dünya

Kraliça II Elizabetin ölümündən sonra Avropanın ən uzunmüddətli taxt sahibi bəlli oldu – FOTO

Sharing is caring!

İngiltərə kraliçası II Elizabet 96 yaşında vəfat etdikdən sonra Avropada ən uzun müddət taxtda qalan şəxs bəlli olub.

Bu yeri Danimarka kraliçası II Marqret tutub.

Danimarka kraliçası II Marqret İngiltərə kraliçası II Elizabetin ölümündən sonra Avropada ən uzun müddət rəhbərlik edən edən şəxs olub.

II Marqret atası IV Frederikin ölümündən sonra 1972-ci ildə Danimarka taxtına çıxıb. 50 ildir bu vəzifəni icra edir.

II Marqret 1940-cı il dekabrın 16-da paytaxt Kopenhaqendə anadan olub. O, taxta çıxanda Danimarkanın ilk kraliçası olub.

II Elizabetin ölümü ilə əlaqədar II Marqretin Danimarkada həftəsonu planlaşdırılan 50 illik yubiley tədbirlərinin əhatə dairəsi daraldırılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir