Dünya

İsveçli şagird müəllimləri öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib

Sharing is caring!

İsveçdə məhkəmə iki müəllimi öldürməkdə təqsirli bilinən 18 yaşlı Fabian Söderholmu ömürlük həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, əvvəllər məhkumluğu olmayan gənc anlaşılmaz səbəblərdən bıçaq və balta ilə oxuduğu rəssamlıq məktəbinə daxil olub. Orada olan 50-yə yaxın tələbə siniflərdə gizlənib.

Hadisə yerinə polis çağırılıb. Tezliklə iki müəllimin – Viktoria Edstrom və Sara Bukun cəsədi tapılıb.

Hakim Yohan Kvart hökmü izah edərək hücumu “xüsusilə amansız” adlandırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir