Dünya

Liz Trass Dauninq Stritdə ciddi geyim qaydaları tətbiq etdi

Sharing is caring!

Böyük Britaniyanın yeni baş naziri Liz Trass hökumət başçısının Dauninq-stritdəki iqamətgahında çalışanlara xarici görünüşlərinə diqqət yetirmələrilə bağlı xəbərdarlıq edib.

Yeni qaydalara əsasən, artıq qalstuklar hökumət ofisi əməkdaşları üçün geyimin məcburi elementinə çevriləcək. Bununla da, Trass siyasətçilərin daha sərt imicini yaratmağa çalışır və öncəki baş nazir zamanındakı “şənliklər epoxası”nın başa çatdığını göztərmək istəyir.

Qeyd edək ki, Liz Trasın sələfi olan Boris Conson tez-tez dağınıq saçları və səliqəsiz geyimilə ictimaiyyət qarşısına çıxırdı.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir