Dünya

Rusiyada super tayfun şəhəri viran qoydu – VİDEO

Sharing is caring!

Bir neçə gün öncə “Xinnamnor” tayfununun cəngində qalan Primoryedə (Rusiya, Primorsk diyarı) təbii fəlakətin fəsadları aradan qaldırılır. 

Məlumata görə, yüzlərlə sakin praktiki olaraq evlərini itirib. İnsanlar su basmış evlərin damında yardım gözləyirlər.

Onlarla yaşayış məntəqəsində 200-ə yaxın evi su basıb, 30-a yaxın körpü zədələnib. Yaşayış məntəqələrinin əksəriyyəti elektrik enerjisiz qalıb.

Bundan başqa kənd təsərrüfatı istehsalçıları böyük zərərlə üzləşiblər – tarlalar, istixanalar, meyvə bağları və sair su altında qalıb. Fermerlər inəklərini xilas etməyə çalışsalar da güclü axın heyvanları sürükləyib.

Qeyd edək ki, “Xinnamnor” supertayfunu artıq Primoryeyə təsirini dayandırıb. Lakin o, arxasında dağıdıcı nəticələr qoyub. Onlarla körpü, yüzlərlə kilometr yol dağıdılıb. Güclü yağışdan sonra hətta kiçik çaylar da gur çaylara çevrilib.

10 mindən çox insan işıqsız qalıb. Tam bərpa işlərinə başlamaq üçün mütəxəssislər suyun səviyyəsinin azalmasını gözləyirlər.

Altı bələdiyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mənbə: TVC.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir