Dünya

Zelenski Blinkenlə görüşdü

Sharing is caring!

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 8-də Kiyevə səfəri zamanı ölkə prezidenti Volodimir Zelenski ilə görüşüb.

O, Rusiya təcavüzünə qarşı mübarizədə ABŞ-ın dəstəyini bir daha təsdiqləmək və yeni hərbi yardımı elan etmək üçün müharibə başlayandan bəri ikinci dəfə Ukraynaya gəlib.

Zelenski ilə görüşdə Blinken Ukrayna prezidentinə ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının son tranşı barədə məlumat verib.

Dövlət başçısı vurğulayıb ki, bu yardımlar Rusiya təcavüzünə qarşı mübarizə üçün zəruridir.

Qeyd edək ki, ABŞ dövlət katibi Kiyevə planlaşdırılmadan səfər edib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir