Dünya manset

Ərdoğan Trampla “Patriot” məsələsində anlaşır? – İsrail nəşrindən şok iddia

Sharing is caring!

“Times of İsrail” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla “Patriot” raketlərinin alışı ilə bağlı danışıqlara başladığı barədə məlumat yayıb.

XəbərAl.az  xəbər verir ki, nəşr müzakirələrin bu ay keçiriləcək görüşdə davam etdiriləcəyini qeyd edib.

Qeyd edək ki, Ərdoğan “Reuters” agentliyinə müsahibəsində “Patriot” müdafiə sistemləri ilə bağlı Trampla telefonda danışdığını və S-400-lə bağlı şərtlərin “Patriot”a da aid olduğunu söylədiyini bildirmişdi: “Dedim ki, hansı paket olursa-olsun, yəni S-400-lərimizin olmasına baxmayaraq, sizdən müəyyən miqdarda “Patriot” ala bilərik. Ancaq onu da dedim ki, biz burada ən azı S-400-ə yaxın olan şərtləri görməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir