Dünya manset

“Yaxşı oğlandır, amma həddini aşmasın” – Çavuşoğludan ismarış

Sharing is caring!

Türkiyə tərəfi hər zaman yol xəritəsində fərqli yanaşmaları koordinasiya edib. Bu səylərin müsbət nəticəsini Cenevrə və Kran-Montanadakı danışıqlar prosesində əldə etmişik. Bəs, xarici işlər naziri, onun adı nə idi? .. Nikos yaxşı oğlandır, amma həddini aşmamalıdır”.

XəbərAl.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan Kiprinin Xarici İşlər naziri Nikos Hristodulidisin son bəyanatlarını şərh edərkən deyib.

“Rum tərəfi bizi tənqid etməzdən əvvəl özünün və həll prosesinə mənfi təsir göstərən siyasi partiyaların mövqeyinə baxsın. Biz Türkiyə olaraq qarant gücük və kirp türk xalqının tələblərinə diqqət yetiririk. Şimali Kipr Türk Cümhuriyyəti ilə hər kəsin qibtə etdiyi iş birliyimiz olub. Bu əməkdaşlıq davam edəcək”, – deyə türkiyəli nazir ismarış göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir