Dünya

NATO-nun yeni baş katibi qadın ola bilər

Sharing is caring!

Kanadanın baş nazirinin müavini Kristia Friland NATO-nun baş katibi vəzifəsinə namizədlərdən biridir.

Ən azından, Ottava, Vaşinqton və NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüsseldə Frilandın adının aylardır beynəlxalq müdafiə və təhlükəsizlik dairələrində müzakirə edildiyi bildirilib. Friland hazırkı Baş katib Yens Stoltenberqin potensial varisi kimi gözdən keçirilir.

Anonimlik şərti ilə danışan NATO rəsmisi bu barədə məlumat verib.

“Bir neçə ixtisaslaşmış qadın var ki, çox uğurlu namizəd ola bilər… Görünür, müəyyən impuls var ki, növbəti baş katib qadın olsun”, – deyə NATO rəsmisi bildirib.

Friland özü isə bununla bağlı birbaşa sualdan yayınıb. O, “artıq iki işinin olduğunu, Kanada baş nazirinin müavini və maliyyə naziri vəzifələrini” xatırladıb.

Stoltenberqin səlahiyyət müddəti bu ay bitməli idi, lakin NATO liderləri müddəti 2023-cü ilə qədər uzadıblar.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir