Dünya

Qazaxıstan Senatı Tokayevin prezidentlik müddəti ilə bağlı təklifini dəstəkləyib

Sharing is caring!

Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) sədri Maulen Aşimbayev respublikada vahid yeddi illik prezidentlik müddətinin tətbiqinin tərəfdarı olduğunu bildirib.

Onun sözlərinə görə, bu, ölkəyə siyasi rəqabəti inkişaf etdirməyə imkan verəcək.

“Biz balanslaşdırılmış rəqabətədavamlı demokratik siyasi sistemin formalaşması istiqamətində ciddi addım atacağıq”, – deyə Aşimbayev əlavə edib.

Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkisinin payızda keçirilməsini təklif etmişdi. Onun fikrincə, bu, ədalətli Qazaxıstanın qurulması yolunda hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün lazımdır.

Bundan əlavə, seçkiyə qədər ölkədə yeddi illik prezidentlik müddətinin tətbiqi təsdiqlənə bilər. Qərar dövlət başçısı tərəfindən verilməlidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir