Dünya

Qazaxıstanda Nazarbayevin adına qeyd edilən bayram ləğv oluna bilər

Sharing is caring!

Qazaxıstanda Respublikanın Birinci Prezidenti Gününün qeyd olunması tarixə qovuşa bilər.

Respublikanın Birinci Prezidenti Gününün dövlət bayramları siyahısından çıxarılmasına Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) baxacaq.

Artıq təklif gündəliyə salınıb və bu gün keçiriləcək iclasda müzakirə ediləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstan parlamentinin deputatları Astana şəhərinin yenidən ölkənin paytaxtı olmasını təklif ediblər.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nursultan adlanıb.

Mənbə: Tengrinews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir