Dünya

Malayziyada ölüm və şallaq cəzaları ləğv edilir

Sharing is caring!

Cənub-Şərqi Asiya ölkəsi olan Malayziyada 2023-cü ildə ölüm və şallaq cəzaları ləğv ediləcək.

Bu barədə baş nazirlik yanında faktiki ədliyyə naziri Van Junadi Tuanku Jaafar açıqlama verib. Nazir müvafiq qanunların oktyabr ayında Parlamentə göndəriləcəyini və Malayziyanın 2023-cü ildə ölüm və qamçı cəzalarını ləğv edəcəyini bildirib.

Van Junadi ölüm və şallaq cəzaları ilə bağlı qərarın hakimlərin ixtiyarına veriləcəyini əlavə edib.

“Əgər hər şey yolunda gedərsə, bir çatışmazlıq ortaya çıxmazsa, 2023-cü ildə artıq ölüm cəzası olmayacaq. Bu qərar şallaq cəzasına da şamil ediləcək”, – deyə o qeyd edib.

Mənbə: Haber Global 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir