Dünya

Venesiya Festivalında bir ilk: Aktyor 13 dəqiqə ayaqda alqışlandı – FOTO/VİDEO

Sharing is caring!

İrlandiyalı aktyor Kolin Farrel Venesiya Film Festivalında “The Banshees of Inisherin” filmindəki performansına görə 13 dəqiqə ayaqda alqışlanıb.

Qeyd olunur ki, tədbirdə nümayiş olunan başqa heç bir film belə reaksiya görməyib.

Alqışlar zamanı Farrell rejissor Martin Makdonah, həmçinin sənət yoldaşları Brendan Qlison və Kerri Kondonla qucaqlaşıb. O, həmçinin pərəstişkarları ilə şəkil çəkdirmək və avtoqraf vermək üçün də izdihamın arasına qarışıb.

Bu il Venesiyada müxtəlif mükafatlar uğrunda “The Banshees of Inisherin” ilə rəqabət apara biləcək bir neçə film nümayiş etdirilib. Bunların arasında Brendan Freyzerin roluna görə böyük rəğbət qazanan “Balina” (“The Whale”) filmi xüsusi vurğulanıb. Yeri gəlmişkən, Freyzer də Venesiyada dəqiqələrcə ayaqda alqışlanmışdı, bunu görən aktyor göz yaşlarını saxlaya bilməmişdi.

“The Banshees of Inisherin” filminin premyerası oktyabrın 21-nə planlaşdırılıb. Film iki dost arasında İrlandiyanın ucqar bir adasında baş verən münaqişədən bəhs edir.

 

Mənbə: Variety

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir