Dünya manset

İranın neft obyektlərini vuraq – Senatordan şok təklif

Tehran təxribatlara davam edəcəksə, ABŞ-ın İranın neft obyektlərinə zərbə endirməsini müzakirə etməyin vaxtıdır.

XəbərAl.az xəbər verir ki, bu sözləri amerikalı senator Lindsi Qrem deyib.

“Nəticələr daha real olana qədər İran özünün axmaq davranışına son qoymayacaq. Məsələn İranın neft emalı müəssisələrinə hücum rejimə ağır zərbə olar”, – senator bildirib.