Dünya

Meksikada leysan yağışları: Ölənlər var

Sharing is caring!

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatında güclü yağışlar nəticəsində 4 nəfər həlak olub, daha iki nəfər itkin düşüb.

Ölkədə son üç gündə əlverişsiz hava şəraitinin qurbanlarının ümumi sayı 8 nəfərə çatıb.

İlkin hesablamalara görə, ştatın bir neçə yüz sakini evləri su altında qaldığı üçün əmlakını tamamilə və ya qismən itirib.

Fırtına ən böyük maddi ziyanı Kadereyta bələdiyyəsinə vurub.

Hazırda “Kay” qasırğası Meksikanın Sakit okean sahilləri ilə hərəkət edir. Səlahiyyətlilər əhalini lazımi ehtiyat tədbirləri görməyə və mülki müdafiə qüvvələrinin xəbərdarlıqlarına əməl etməyə çağırıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir