Azərbaycan millisi səfərdə Belçikaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl son məşqinə çıxıb. Hazırlıq “Stade Edmond Machtens” stadionunda baş tutub. Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub. Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla […]
Day: Dekabr 6, 2023
Bərdə sakini Şuşada qəzaya düşərək ölüb – FOTO
Şuşada bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Şuşa rayonu Daşaltı kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayonu Hacallı kənd sakini 1971-ci il təvəllüdlü Lələşov Həbib Mürşüd oğlu idarə etdiyi “HOWO” markalı yük avtombili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb. Qəza […]
AFFA-nın baş katibi: “Abırlı və abırsız məğlubiyyət qəbuledilməzdir” – MÜSAHİBƏ
AFFA-nın baş katibi Sərxan Hacıyev Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyunundan əvvəl Brüsselə ezam olunmuş jurnalistlərə müsahibə verib. Milli assosiasiya rəsmisi “Report”un əməkdaşının da suallarını cavablandırıb: – Sabahkı oyunla bağlı gözləntiləriniz nədir? – Rəqibin gücündən, adından asılı olmayaraq hər matça qələbə əzmi ilə çıxmalıyıq. Düşünürəm ki, İsveçə qarşı inamlı qələbədən sonra komandamız sabah yaxşı […]
Xaçmazda ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədri məsuliyyətə cəlb edilib
Xaçmazda ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədri məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qımılqışlaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və […]
“Foreign Affairs”dən Ukraynaya hərbi əməliyyatları dondurmaq barədə mesaj
ABŞ-nin məşhur “Foreign Affairs” jurnalı ölkəsində ən nüfuzlu xarici siyasət jurnallarından biri hesab olunur. Uzun tarixi ərzində jurnal öz səhifələrində bir sıra vacib hesab olunan məqalələri, o cümlədən Corc Kennanın 1947-ci ildə nəşr olunmuş “Х Article” yazısını, həmçinin 1993-cü ildə nəşr olunan Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı məqaləsini dərc etmişdir. İndi də bu mötəbər […]
Yüksək gəlir vəd edən sahə – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
İqtisadi İslahatların Təhlili Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında qeyd edilir ki, cari ilin ilk doqquz ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, spirtli içkilər üzrə 2022-ci ildə əldə edilən gəlir 7 891.4 min dollar, 2023-cü ildə isə 18 653.3 min dollar olub. Təxmini artım 2.4 dəfədir. […]
İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır
“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır. Oxu.Az xəbər verir ki, 19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək. “Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərsiz. Xeberal.az
Qazaxıstanda Rusiya kanallarını göstərən resurs qapadılıb
Qazaxıstanda Rusiya telekanallarına baxmağa imkan verən “Sputnik24” saytı hökumətin qərarı ilə qapadılıb. Saytın bloklaması barədə xəbəri Qazaxıstan mətbuatı yayıb. Buna səbəb kimi saytın Qazaxıstan Respublikasının ərazisində lisenziyası olmayan televiziya və radio yayımı operatorlarının və avadanlıqlarının xidmətlərinə şərti giriş kartları haqqında məlumatların yayılması göstərilir. Məlumat üçün əlavə edək ki “Sputnik24” portalı Rusiyanın digər kanalları ilə yanaşı, […]
İrəvanda polis Uels yığmasının 32 azarkeşini saxlayıb
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Yerevanda keçirilmiş Ermənistan-Uels oyunundan əvvəl 32 uelsli azarkeşi saxlanılıb. Azarkeşlər hansı səbəbdən saxlandıqlarını bilmədiklərini söyləyiblər. Uelsli fanatlarpolisin onlarla çox pis rəftar etdiyini də deyiblər. Qeyd edək ki, Uels Futbol Assosiasiyası İrəvanda 32 azarkeşin həbs edildiyini və bunda Ermənistan Xarici İşlər Nazirliyinin rolu olduğunu təsdiqləyib. Xatırladaq ki, Ermənistan-Uels matçı 1:1 hesabı ilə başa […]
Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb
Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonunun Daş Salahlı kənd ərazisində qeydə alınıb. Belə ki, “Lifan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində 1984-cü il təvəllüdlü C.Əliyev və onun oğlu, 2009-cu il təvəllüdlü N.Əliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az