Cəmiyyət

10 il əvvəl maşın vurdu, həm pensiyasından, həm də sağlamlığından oldu – VİDEO

10 il əvvəl iş zamanı başına hadisə gəldi, sağlamlığından oldu. Lakin çalışdığı müəssisə illərdir bunun əksini iddia edir. Xezerxeber.az-ın məlumatına görə, Nəcibə Nuhova Zaqatala rayonunda kommunal müəssisələr kombinatında süpürgəçi kimi çalışıb. 2013-cü ilin sentyabrında iş başında olarkən onu avtomobil vurub. Elə hadisələr də bundan sonra baş verib. Zərərçəkənin sözlərinə görə, qəzadan sonra səhhətində ciddi problemlər yaranıb. Amma pensiyası […]

İdman

“Barselona” və “Real Madrid” futbolçuları mükafatlandırılıblar

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem Avropada 21 yaşa qədər ilin ən yaxşı futbolçusuna verilən “Qızıl oğlan” mükafatını qazanıb. O, Avropa qəzetlərinin 50 nüfuzlu jurnalistindən ibarət beynəlxalq münsiflər heyətinin səsverməsinə görə mümkün 500 baldan 485 bal toplayıb. “Barselona”nın vingeri Lamin Yamal isə “The Youngest Award” – indiyə qədər “Qızıl oğlan”ın podiumunda yer almış ən gənc oyunçuya verilən […]

Cəmiyyət

Kəndlərdə niyə bankomatlar yoxdur? – VİDEO

Tovuz rayonunun bir neçə kəndində bankomatlar yoxdur. Belə ki, sakinlər rayon mərkəzinə getmək üçün uzaq yol qət edirlər. Əlavə xərc çəkərək getdiklərində isə ya bankomatlarda sıxlıq yaşanır, ya da bankomat işlək vəziyyətdə olmur. Bir sözlə təqaüdçülər kartdan pul çıxarmaq üçün əzab-əziyyət çəkirlər. Ətraflı “ATV Xəbər”in süjetində: Xeberal.az

Cəmiyyət

Siyəzən sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim edib

Siyəzən sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim edib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən bir ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam […]

Siyasət

Heydər Əliyevin üçrəngli bayraq sevgisi – VİDEO

1918-ci ildə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş milli bayrağımız ikinci dəfə məhz Naxçıvan Muxtar Respublikasında qaldırılıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edilib, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) adından “Sovet Sosialist” sözləri çıxarılıb və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanın milli bayrağı kimi qəbul olunub. 1990-cı il noyabrın […]

İdman

Azərbaycan millisi Belçikada

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi Brüsselə çatıb. “Report”un verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə altı saatlıq uçuşun ardından hava limanına enib. Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Xeberal.az

Cəmiyyət

Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub – FOTO

Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub. “Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kənddə ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb olunublar. Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən […]

Dünya

Özbəkistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvləri həlak olublar. Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir. Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi […]

Cəmiyyət

Mənzillərə çıxarış almaq asanlaşacaq? – VİDEO

Mənzilə çıxarış almaq asanlaşacaq, bu məqsədlə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılacaq. Əmlak eksperti Ramil Osmanlı Xezerxeber.az-a bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər. Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqləndikdən sonra isə tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər. […]

Cəmiyyət

Qazaxda avtomobilə odlu silahdan atəş açılıb

Qazaxda mübahisə zəminində avtomobilə odlu silahdan atəş açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov həmkəndlisi, 1981-ci il […]