Cəmiyyət

Sumqayıtda avtomobil 86 yaşlı piyadanı vuraraq öldürüb

Sumqayıtda Azərbaycan prospektində avtomobil 86 yaşlı piyadanı vuraraq öldürüb. “Report” xəbər verir ki, ölən şəxs 1937-ci il təvəllüdlü Mütəllimov Rəsul Nəcəf oğludur. R.Mütəllimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, təcili tibbi yardım stansiyasının briqadası cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda […]

Siyasət

Üç il öncə: 16 kənd işğaldan azad edilmişdi – SİYAHI + FOTO

Bu gün bir neçə kəndin Ermənistanın işğalından azad edilməsindən üç il ötür. Oxu.Az xatırladır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə, noyabrın 7-də Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Qubadlı, Xocalı və Xocavənd istiqamətlərində uğurlar qazanıb. Füzuli rayonu üzrə Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunda isə Yuxarı Məzrə, […]

Dünya

Fransa Senatı mübahisəli immiqrasiya qanun layihəsinin müzakirəsinə başlayıb

Fransa senatorları ölkədə mübahisə doğuran immiqrasiya haqqında yeni qanun layihəsini nəzərdən keçirməyə başlayıblar. Layihənin qəbuluna etiraz edən çoxsayda nümayişçi bazar ertəsi Senatının qarşısında toplaşıb. Ölkədə müzakirələrə səbəb olan qanun layihəsində miqrantların deportasiyası prosesinin sürətləndirilməsi nəzərdə tutulur. Buraya həm də işçi qüvvəsi çatışmazlığı olan sahələrdə artıq işləyən qeyri-qanuni mühacirlərə daimi yaşayış icazəsi almağa imkan verən müddəa […]

İdman

Gənclər və idman naziri federasiya nümayəndələri ilə görüşüb – FOTO

Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 11-ci görüşü keçirilib. Şəki Olimpiya İdman Kompleksində baş tutan tədbirdə nazir son iki ay ərzində qazanılan idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb. Ənənəyə uyğun olaraq, hər iki aydan bir keçirilən görüş ikinci dəfədir ki, paytaxtdan kənarda […]

İdman

Qazaxıstanda II Türk Dövlətləri Universiadasının açılış mərasimi keçirilib – FOTO

Qazaxıstanda ll Türk Dövlətləri Universiadasının açılış mərasimi keçirilib. “Report” xəbər verir ki, mərasimdə əvvəlcə Qazaxıstan mədəniyyəti ilə bağlı videoçarx nümayiş olunub. Ardınca iştirakçı ölkələrin paradı keçirilib. İlk olaraq Azərbaycan nümayəndələri səhnəyə çıxıblar. Daha sonra təşkilatçı ölkə, Qazaxıstanın rəsmi şəxsləri çıxış ediblər. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Qeyd edək ki, ll Türk Dövlətləri […]

Cəmiyyət

Bakıda yaşayış binasının zirzəmisi çirkab sularla dolub – VİDEO

Bakının Binəqədi rayonunda yaşayış binasının zirzəmisi çirkab sularla dolub. Xezerxeber.az-ın məlumatına görə, görüntülər rayonun Üzeyir Hacıbəyov 4B ünvanındandır. Sakinlər iddia edirlər ki, 10 ildir yaşadıqları doqquz mərtəbəli binanın zirzəmisi mütəmadi olaraq çirkab sularla dolur. Üfunətdən nəinki bloka girmək, heç evdə oturmaq belə olmur. Sakinlər müraciət etdikcə aidiyyəti qurumların əməkdaşları zirzəmiyə yığılan suyu xüsusi nasosla təmizləyib geri dönürlər. […]

Dünya

Ukrayna baş komandanının köməkçisi ad günü hədiyyəsilə öldürüldü

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ad günü hədiyyəsində gizlədilən naməlum qurğunun partlaması nəticəsində köməkçisi mayor Gennadi Çastyakovun öldüyünü açıqlayıb. O, bu barədə “Telegram” kanalında yazıb. Daxili İşlər Nazirliyi hərbçinin 13 yaşlı oğlunun da ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib. Partlayış zamanı mərhumun həyat yoldaşı və qızı da evdə olub. İlkin məlumata görə, onlar […]

Cəmiyyət

Oğuzda 59 yaşlı kişini ilan sancıb

Oğuzda təsərrüfat işləri ilə məşğul olan 59 yaşlı kişini ilan sancıb. APA-nın məlumatına görə, hadisə rayonun Bucaq kəndində baş verib. Kənd sakini Rəfail Rəcəb oğlu Rəşidov ilnasancması diaqnozu ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Şəki RMX-a göndərilib. Xeberal.az

Cəmiyyət

Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edilib

Pakistanın Federal Təhqiqat Agentliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Ravalpindi şəhərində mənzildə bağlı qalmış 4 qadın və 3 uşağı xilas edib. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, qadınlar Azərbaycan əsillidir. Onlar bu ölkəyə iş adı altında gətiriliblər. Qadınların cinsi istismar olunduqları bildirilir. Vurğulanır ki, qadınlar Pakistana müddəti bitmiş viza ilə gəliblər […]

Dünya

İran prezidenti uzun illər ədavətdən sonra Səudiyyə Ərəbistanına səfər edəcək

İran prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak etmək üçün noyabrın 12-də Səudiyyə Ərəbistanına uçacaq. Məlumata görə, toplantının əsas mövzusu İsrailin HƏMAS hərəkatı ilə müharibəsinin müzakirəsi olacaq. Xatırladaq ki, Rəisinin səfəri uzun müddətdir ki, ölkələr arasındakı ziddiyyətlərdən sonra ilk yüksək səviyyəli səfər olacaq. Bu ilin martında Çinin vasitəçiliyi ilə tərəflər münasibətləri normallaşdırmaq barədə […]