Kiberdələduzlar tərəfindən növbəti saxta ödəniş portalı yaradılıb. Portal vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən cərimələrin müəyyən güzəştlərlə ödənilməsi vədi verilir. Bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Vətəndaşlardan saxta səhifədə göstərilən keçidə daxil olduqdan sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur. […]
Day: Dekabr 6, 2023
“İnter” səfərdə çətin qələbə qazandı – VİDEO
İtaliya A seriyasında 11-ci turun mərkəzi oyunu keçirilib. A seriyasının lideri “İnter” “Atalanta”nın qonağı olub. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “İnter” 28 xalla birinci pillədə qərarlaşıb. “Yuventus” 23 xalla ikinci, “Milan” 22 xalla üçüncüdür. “Atalanta” – “İnter” – 1:2 Qollar: Çalhanoğlu, 40 (0:1), Martines, 57 (0:2), Skamakka, 61 (1:2) […]
Akademik Yaqub Mahmudov Qarabağın qədim alban-türk tarixi ilə bağlı real faktları açıqlayıb
“Çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan dövləti olan Albaniya “Qafqaz Albaniyası” adı ilə təqdim olunub. Halbuki Albaniya tarixindən bəhs edən heç bir ilk mənbədə “Albaniya” termininin önündə “Qafqaz” sözü yoxdur. Real tarixi saxtalaşdıraraq Azərbaycan Albaniya dövlətini “Qafqaz Albaniyası” kimi təqdim etməkdə məqsəd aydın idi: Cənubi Qafqazda geniş əraziləri, o cümlədən indiki Ermənistan ərazisini əhatə […]
Tofiq Musayev: “Belə turnirlərin Bakıda tez-tez keçirilməsini istəyirik”
“Belə turnirlərin ölkəmizdə tez-tez keçirilməsini istəyirik”. “Report”un məlumatına görə, bunu “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində yaponiyalı Toji Takedaya qalib gələn Tofiq Musayev deyib. O, yarışda əməyi olan hər kəsə təşəkkür edib: “Rəqibimə də minnətdaram. Ona karyerasında uğurlar arzulayıram. Yaponiya cəmiyyəti mənim üçün doğmadır. 2019-cu ildə orada məşhurlaşmışam”. T.Musayev Vüqar Kərəmovun məğlubiyyətinə […]
Dövlət əmlakının özəlləşdirilməsində təqdim edilən sənədlərin siyahısı və qaydalarında dəyişiklik edilib
Nazirlər Kabinetinin 2001-ci il 2 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları”nda dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu qaydalarda nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün […]
Mehman Məmmədov: “Bakıda döyüşmək böyük məsuliyyət idi”
“Yarış yaxşı keçdi. Doğma azarkeşlər önündə döyüşmək böyük məsuliyyət idi”. “Report”un məlumatına görə, bunu “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində Türkiyə təmsilçisi Ferit Göktepeyə qalib gələn Mehman Məmmədov deyib. O, qarşılaşmanı tez bitirmək istədiyini, lakin bunun alınmadığını söyləyib: “Rizin”də qalıb mübarizəyə burada davam etmək istəyirəm”. M.Məmmədov Bakıda döyüşməyin tamam fərqli hiss olduğunu […]
XİN-in kollegiya üzvlərinin sayı artırılıb
Azərbaycan Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb. Belə ki, Nazirliyin Kadrlar idarəsinin rəisi kollegiya üzvləri sırasına daxil edilib. Xeberal.az
“Fənərbağça”nın 19 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı – VİDEO
Türkiyə Superliqasının 11-ci turunun mərkəzi oyununda “Fənərbağça” öz meydanında “Trabzonspor”a 2:3 hesabı ilə uduzub. Qonaqların qollarını Onuaçu (10-cu dəqiqə), Berat Özdemir (46-cı dəqiqə) və Pepe (47-ci dəqiqə) vurublar. Duşan Tadiçin 61 və 90-cı dəqiqədə penaltidən vurduğu qollar isə yalnız hesab arasındakı fərqi minimuma endirməyə kifayət edib. “Fənərbağça”nın heyətində İsmayıl Yüksek 78-ci dəqiqədə qırmızı kart alıb. […]
Bişirilməsi asan, istifadəsi riskli – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Havalar soyuyan kimi xəmir yeməklərə tələbat artır. Bu yeməklərin hazırlanması isə elə də asan başa gəlmir. Amma düşbərə, xəngəl, pelmeni kimi məhsulları marketdən hazır şəkildə alanlar da az deyil. Bu məhsullar marketlərdə yarımfabrikat şəkildə satılır. Aldıqdan sonra sadəcə suya atıb bişirmək qalır. Bəs bu qidalar nə dərəcədə təhlükəsizdir? “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb. […]
Şabranda avtomobil piyadanı vuraraq öldürüb
Şabranın Ağalıq kəndində avtomobil piyadanı vuraraq öldürüb. “Report”un Şimal bürosunun məlumatına görə, restoranların birindən toydan gələn Xaçmaz rayonu, Köhnəxaçmaz kənd sakini, 1964-cü il təvəllüdlü Nigar Qədiməli qızı Səfərəliyevanı yüksək sürətlə hərəkətdə olan NİVA markalı minik avtomobili vurub və o, hadisə yerində dünyasını dəyişib. N.Səfərəliyevanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya […]