Dünya

Rusiyada erməni milyarder axtarışa verildi

Milyarder və bəzi məlumatlara görə, Soçinin kölgə aləminin başçısı Ruben Tatulyan axtarışa verilib. İş adamı və onun həmkarı Andronik Mumcyanın ofisindəki axtarışlar hələ payızın əvvəlində aparılıb. Artıq həmin vaxt hər iki sahibkar Rusiyada olmayıb. Bildirilir ki, tatulyan cinayət maddəsi ilə axtarışa verilib. Bunun ticarət mərkəzləri, yaşayış kompleksləri və mehmanxanaların tikintisi zamanı dələduzluqla bağlı ola biləcəyi […]

İdman

Ayxan Abbasov: “Hakimlərin özləri də qaydaları bilmirlər”

“Maraqlı oyun oldu. Matçın belə gərgin keçəcəyini bilirdik. Hər şeyi kənara qoysaq, ilk növbədə Ağabalaya görə üzgünük. Allah ona şəfa versin”. Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turunda “Səbail”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.  O bildirib ki, qorxduqları başlarına gəlib: “Birinci hissədə oyunun […]

Cəmiyyət

Lerikdə qeyri-adi hadisə: Evlənmək üçün kiçik bacısının sənədi ilə nikaha girdi – İDDİA + VİDEO

Lerik rayon Veri-Əliabad kənd sakini Əliyar Orucov maraqlı iddia ilə çıxış edib.  Xezerxeber.az-ın məlumatına görə, Ə.Orucov bildirib ki, evli olduğu şəxs ondan 12 yaş böyük olduğunu gizlətmək üçün kiçik bacısının sənədiylə onunla nikaha girib. Bundan isə evləndikdən 10 il sonra xəbər tutub. O qeyd edib ki, həqiqəti bir il əvvəl, təsadüfən öyrənib. Kiçik baldızının şəxsiyyət vəsiqəsini tapıb […]

Dünya

Lukaşenko Litvanın notası barədə: “Unitazlarda kifayət qədər yer var” – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko Litvanın göndərdiyi notaları sərt tənqid edib. Belarus Atom Elektrik Stansiyasının yaratdığı mümkün təhlükə ilə bağlı Litva tərəfinin etirazları dövlət başçısının xoşuna gəlməyib. “Bu, ilk nota deyil. Qoy göndərsinlər. Unitazlarda kifayət qədər yerimiz var. Ona görə də göndərsinlər”, – deyə Lukaşenko bəyan edib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verdi: Ölən və yaralanan var

Balakəndə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki qardaşdan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. APA-nın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Uzuntala kənd sakini 1994-cü il təvəllüdlü Şaban Rəcəb oğlu Çalabov idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın yolun kənarında […]

İqtisadiyyat

Türk lirəsinin ucuzlaşması azərbaycanlılara necə təsir edəcək? – AÇIQLAMA + VİDEO

“Türk lirəsinin ucuzlaşması qısa müddət üçün Azərbaycan vətəndaşlarına xeyirli olacaq”. Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. O qeyd edib ki, hazırda 1 türk lirəsi 6 qəpikdən də ucuzdur. Ekspertin sözlərinə görə, lirənin ucuzlaşması hələ bir müddət də davam edəcək. Rəşad Həsənov bildirib ki, lirənin ucuzlaşmasının Azərbaycan üçün qısa müddətli xeyirləri var: “Bu ucuzlaşma […]

Kriminal

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsində şahid ifadə verib

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan mənzil-istismar idarəsinin sabiq rəisi Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasa 1 nəfər şahid gəlib. Zaman Əsədov təqsirləndirilən şəxsin sürücüsü işləyib. Şahidin sözlərinə görə, Hərbi Kənd Təsərrüfatı Birliyinin rəisi Zahir Tağıyevin göndərdiyi bağlamaları M.Şirvanova çatdırıb: […]

Siyasət

İnternetdə yayılan saxta məlumatla bağlı RƏSMİ AÇIQLAMA

“Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb”. Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında bildirilib. Qeyd olunub ki, qeyd olunan videomüraciət heç bir […]

İdman

Luçesku Kiyev “Dinamo”sundan getdi və karyerasını başa vurdu

Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. 78 yaşlı mütəxəssis bu sözləri Ukrayna çempionatının 13-cü turunda səfərdə “Şaxtyor”a 0:1 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra deyib. “Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ilimi Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la […]

Dünya

İranda məhbus qadınların təşkil etdiyi sərgi ləğv edildi – FOTO

İranda məhbus qadınların əl işlərindən ibarət sərgi rejim qüvvələrinin göstərişi ilə ləğv edildi. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, Tehrandakı “Evin” həbsxanasında iki günlük dəri məmulatlarının sərgisi keçiriləcəkdi.  Məlumata görə, sərgi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi tərəfindən ləğv edilib. Qeyd edilir ki, ETTELAAT bu sərgini ləğv etmək üçün Nəşriyyatçılar Birliyinə təzyiq göstərib. […]